Suriyanın məşhur çayı tamamilə qurudu | VİDEO

   Suriyanın məşhur çayı tamamilə qurudu    | VİDEO
  30 Noyabr 2025    Oxunub:2338
Suriyanın əsas su mənbələrindən olan Oront çayı tarixdə ilk dəfə olaraq tamamilə quruyub. Nəticədə Rastan su anbarında suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Bu isə regiona ciddi ekoloji və iqtisadi problemlər vəd edir.
Su qıtlığından dolayı Hami rayonunda fermerlər əkinləri çirkab suları ilə sulamaq məcburiyyətində qalıblar. Bu da məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, müxtəlif xəstəliklərin yayılması ruskini artırır.


Uzunluğu təxminən 571 kilometr olan Oront çayı başlanğıcını Livandakı Bəkaa vadisindən götürür, Suriyanın şimalından axaraq, Türkiyənin Hatay vilayətində Aralıq dənizinə tökülür.

Qeyd edək ki, hazırda İran da kəskin su qıtlığı ilə üzləşib. “AzVision”da bununla bağlı geniş yazı dərc olunmuşdu. Bu yaxınlarda ölkənin cənub-qərbindəki Xuzistan vilayətində su elektrik stansiyalarından biri fəaliyyətini dayandırmalı olub.

Samir Quliyev
AzVision.az


Teqlər: Ekologiya   Suriya  



Xəbər lenti